Rusiya Hindistanla sövdələşib dolları necə “boğur”?- “Reuters” AÇIQLADI

“ABŞ-ın Rusiyaya qarşı sanksiyaları beynəlxalq neft ticarətində dolların çoxillik hökmranlığını sarsıtmağa başlayıb. Rusiya üçün dəniz yolu ilə əsas neft bazarı olan Hindistanla əksər əməliyyatlar digər valyutalarda aparılır”.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısıdır və Avropa sanksiyalar çərçivəsində Moskvadan alışı dayandırdıqdan sonra Rusiya bu ölkənin aparıcı təchizatçısı olub. Banklardakı mənbələr agentliyə bildiriblər ki, Rusiya üçün neftin qiymətinin tavanı dekabrın 5-dən qüvvəyə minəndən bəri hindistanlı istehlakçılar Rusiya neftinin əksəriyyətini BƏƏ dirhəmi də daxil olmaqla qeyri-dollar valyutası ilə, son vaxtlar isə rublla ödəyiblər.

Mənbənin məlumatına görə, Hindistan nefti üçün qeyri-dollar ödənişlərinin bir hissəsini “Bank MTS” həyata keçirib.

Bu arada, Hindistan son üç ayda Rusiyadan bir neçə yüz milyon dollarlıq neft alıb.

Hindistan neft emalı zavodunda mənbə bildirib ki, hindistanlı müştərilər sanksiyalara baxmayaraq, Rusiya neftinin ticarətini alternativ yollarla davam etdirməkdə qərarlıdırlar.

“Neftin dollarla ödənilməsi onilliklər ərzində demək olar ki, universal praktika olub. Məsələn, SWIFT ödəniş sisteminin yanvar ayı üzrə məlumatlarına əsasən, beynəlxalq ödənişlərin ümumi həcmində bu valyutanın payı 40 faiz təşkil edir”, – agentlik qeyd edir.

Azpost.info

Əvvəlki məqalə

Bakıda azyaşlılar dalaşıb, bıçaqlanan var

Sonrakı məqalə

Azərbaycanda zəlzələ olub