Rusiya milli hokkey yığması 2027-ci il dünya çempionatında iştirak etməyəcək.
Azpost.info bildirir ki, bu barədə Beynəlxalq Buzüstü Hokkey Federasiyası (IIHF) məlumat yayıb.
Qurumun Şurasının qərarına əsasən, Rusiya yığması 2026/2027 mövsümünün beynəlxalq turnirlərinə buraxılmayacaq. Qərarın səbəbi kimi “təhlükəsizlik, mühafizə və idman yarışlarının bütövlüyü ilə bağlı davam edən narahatlıqlar” göstərilib.
Bildirilib ki, mövcud vəziyyət nəzərə alınaraq Rusiya komandasının beynəlxalq yarışlarda iştirakına icazə verilməyib.
Qeyd edək ki, 2026-cı ilin iyul ayının əvvəlində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2023-cü il oktyabrın 12-dən qüvvədə olan Rusiya Olimpiya Komitəsinə (ROK) tətbiq edilən sanksiyanı şərti olaraq aradan qaldırmışdı. Buna baxmayaraq, IIHF Rusiya yığmasının 2027-ci il dünya çempionatına buraxılmaması barədə qərar qəbul edib.