Rusiya ilə Ermənistan hərbi yardımla bağlı məxfi məsləhətləşmələr aparır –

Koçaryan açıqladı
05 Noyabr 2020 - 16:53

Rusiya ilə Ermənistan arasında hərbi yardımla bağlı məxfi məsləhətləşmələr aparılır.

Azpost.info bildirir ki, bu sözləri parlamentin bu günkü iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

“Ermənistana yardımla bağlı Rusiya ilə aparılan məsləhətləşmələr tam məxfi rejimdə aparılır. Odur ki, bu danışıqlar barədə hər hansı məlumatın veriləcəyini gözləmək olmaz”-deyə Koçaryan deputatların suallarına cavab verərkən açıqlayıb.

Xatırladaq ki, 31 oktyabrda Baş nazir Paşinyan Putinə müraciət edərək Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqadar hərbi yardım istəmişdi. Rusiya XİN-in cavabında bəyan etmişdi hərbi əməliyyatların Ermənistan ərazisində aparılmır.