Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi 8 ilin maksimumuna çatıb- RƏQƏMLƏR

Rusiya ilə Avropa İttifaqı arasında 2022-ci ildəki ticarət dövriyyəsi 258,6 milyard avro olub və 8 ilin maksimumuna çatıb.

Azpost.info xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.

“Ötən il Rusiyadan Avropa İttifaqına malların idxalı artaraq 203,4 milyard avroya çatıb ki, bu da 2012-ci ilin tarixi maksimumundan (203.6 milyard avro) yalnız 253.6 milyon avro azdır”, – məlumatda deyilir.

Eyni zamanda, Aİ-dən Rusiyaya ixracat 38,1 faiz azalaraq 55,2 milyard avroya düşüb. Analitiklər bunun 2005-ci ildən bəri ən aşağı göstərici olduğunu qeyd edirlər.

Azpost.info

Əvvəlki məqalə

Xocasən yolunda avtobus yanıb, sərnişinlər təxliyyə olunub – FOTO

Sonrakı məqalə

Bu gün Yel çərşənbəsidir