Xocasən yolunda avtobus yanıb, sərnişinlər təxliyyə olunub – FOTO

Xocasən yolunda avtobus yanıb.

Bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Onun sözlərinə görə, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan “İVECO OTOYOL” markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalıb. Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.

Qeyd olunan yolda hərəkət tam bərpa edilib.

Əvvəlki məqalə

Astarada meşədə baş vermiş yanğınlar söndürülüb

Sonrakı məqalə

Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi 8 ilin maksimumuna çatıb