“Rusiya ilə danışıqlar avqustun sonunda bərpa oluna bilər” –Zelenskinin nümayəndəsi

Ukrayna Rusiya ilə danışıqlara Ukrayna ordusunun avqustun sonlarında bəzi ərazilərdə
əks-hücumlarından və öz mövqeyini möhkəmləndirməsindən sonra davam edə bilər.

Bunu Rusiya ilə danışıqlar üzrə Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.

O bildirib ki, avqustun sonlarında danışıqlara başlaya bilərlər.

“Biz planlarımızı Rusiya ilə bölüşmək istəmirik, onlar bunu açıq mənbələrdə görə bilərlər. Amma düşünürəm ki, biz bəzi ərazilərdə əks hücumlara keçəcəyik”, – Araxamiya qeyd edib.

Araxamiya əlavə edib ki, Ukrayna ordusu rusiyalıları ərazilərdən çıxaracağı və ya Rusiyanın 24 fevral tarixindən əvvəlki sərhədlərə qayıdacağı təqdirdə Rusiya ilə razılaşma mümkündür.

“Biz İstanbulda təklif edildiyi kimi, bəzi siyasi müqavilələri nəzərdən keçirə bilərik. Məsələn, biz bir neçə il Krım məsələsinə toxunmaya bilərik”, – Araxamiya vurğulayıb.

Əvvəlki məqalə

Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılacaq

Sonrakı məqalə

Azərbaycanda seçkilərin keçirilməsi üçün əlavə vəsait ayrılır