Azərbaycanda seçkilərin keçirilməsi üçün əlavə vəsait ayrılır

Seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri artırılır.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri 20 484 078,0 manatdan 29 638 331,0 manata qaldırılır.

Əvvəlki məqalə

“Rusiya ilə danışıqlar avqustun sonunda bərpa oluna bilər” –

Sonrakı məqalə

Qazaxıstan prezidenti Rusiyanın “Aleksandr Nevski” ordenindən imtina edib