“Rusiya ilə danışıqlarımız Türkiyə üçün qənaətbəxş olmadı” –Ərdoğanın sözçüsü

“İdlibdə müşahidə məntəqələrimizin yerinin dəyişdirilməsi Türkiyə üçün günün müzakirə mövzusu deyil”.

Türkiyə Prezidentinin sözcüsü İbrahim Qalın bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən toplantıdan sonra keçirdiyi mətbuat konfransında bu fikirləri səsləndirib.

Toplantının əsas gündəminin Suriya mövzusu olduğunu bildirən İbrahim Qalın deyib ki, rusiyalı diplomatik heyətlə Türkiyə tərəfinin apardığı son danışıqlardan rəsmi Ankaranı qane edəcək nəticələr olunmayıb: “Bizə təqdim edilən xəritə və bəzi kağızları qəbul etmədik. İdlibi və bögədəki insanları qorumaq üçün əraziyə hərbi güclərimizin göndərilməsi və hərbi fəaliyyətimiz davam edəcək. Çünki Türkiyə sərhədlərinə köç axını davam edərkən biz buna tamaşaçı qala bilmərik. Hərbi qüvvələrimizə hər hansı şəkildə hücumlar bir daha təkrarlanarsa, biz yerindəcə və yetərincə cavabını verəcəyik”.

Prezident sözçüsü deyib ki, Suriya mövzusunda Türkiyənin əsas istəyi Soçi razılaşmasının şərtlərinə əməl olunmasıdır.

Qeyd edək ki, İ.Qalın gələn həftə 24-25 fevralda Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasının keçirilməsilə əlaqədar Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər hazırlıqları ilə bağlı toplantıda müzakirələrin olduğunu da qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Haaqa məhkəməsi qərarı verdi-

Sonrakı məqalə

Tramp Ərdoğanla İdlibi müzakirə edib