Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Rusiya ilə dialoqun Qafqaz, Suriya və Ukraynada müsbət təsirini görürük”

User 06 Avqust 2022 - 16:40 (Last updated: 21 May 2025 - 20:15)
erdoqan iftar

Türkiyənin Rusiya ilə dialoqunun Qafqazda, Suriyada və Ukraynada müsbət təsirinin şahidi oluruq. Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı təşəbbüsü bunun ən son nümunəsidir. İndi vacib olan planın düzgün həyata keçirilməsi və yaranmış müsbət atmosferin İstanbuldakı danışıqlarda konkret addımlara çevrilməsidir. Bu qarşıdurmanın qalibinin olmayacağını əvvəldən bildirmişəm. Mövcud çətinliklərə baxmayaraq, böhranın danışıqlar masası arxasında həll olunacağına dərindən inanıram. Rusiya Prezidenti Vladimir Putinə Ukrayna dövlətinin başçısı Volodimir Zelenski ilə görüşünə ev sahibliyi edə biləcəyimizi bir daha xatırlatdım. Qara dəniz qonşumuz olan Rusiya ilə regional və qlobal sülhə töhfə vermək üçün hər sahədə dialoqumuzu artırmağa davam edəcəyik. Soçidəki görüşlərimizin Türkiyə və Rusiya başda olmaqla, bölgəmizə fayda gətirməsini diləyirəm.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.

Türkiyə Prezidenti deyib: “İyulun 19-da Tehranda Rusiya Prezidenti Vladimir Putin ilə görüşdən sonra Soçidə ikitərəfli münasibətlərimizi və beynəlxalq məsələləri hərtərəfli qiymətləndirdik. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasını Türkiyədə keçirmək üçün Prezident Putini ölkəmizə dəvət etdim. Mövcud şəraitdə vacib olan əlaqələrimizi ümumi maraqlarımız əsasında və beynəlxalq sistem çərçivəsində qorumaq, inkişaf etdirməkdir”.

İkitərəfli görüş zamanı ticari və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirən Prezident Ərdoğan qeyd edib: “Daha əvvəl ticarətdə hədəfimizin 100 milyard ABŞ dolları olduğunu bildirmişdik. Bu istiqamətdə enerji, ticarət, turizm və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. İkitərəfli ticarətimizin həcminin daha balanslaşdırılmış əsasa çatmasını təmin etmək əzmindəyik”.

Səfər zamanı Suriyadakı terror təşkilatlarına qarşı atılacaq addımları da nəzərdən keçirdiklərini dilə gətirən Prezident Ərdoğan Suriyanın ərazi bütövlüyünü təhdid edən, xalqı ilə yanaşı, ordusuna, polisinə, təhlükəsizlik qüvvələrinə hücum edənlərə qarşı birgə mübarizədə aparmaqda razılaşdıqlarını vurğulayıb(azərtac).

Post navigation

Previous: “Qasırğalar mövsümünün qızğın dövrü başlanır”
Next: Ümumtəhsil müəssisəsində direktor olmaq istəyənlərin nəzərinə

Oxşar xəbərlər

tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41

xƏBƏR

narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Bu...
Read more about Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu
Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır? Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır? dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.