“Rusiya ilə fevralın 24-dək olan təmas xətti müzakirə edilə bilər”- Ukrayna XİN rəhbəri

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə fevralın 24-dək mövcud olan təmas xəttinin müzakirə oluna biləcəyini istisna etməyib və Volodimir Zelenskinin Vladimir Putinlə görüş təklifinin qüvvədə qaldığını təsdiqləyib.

Bu barədə Dmitri Kuleba İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sülhün yolu Ukrayna və Rusiya liderləri tərəfindən müzakirə edilməlidir. Nazir, həmçinin prezidentlər Volodimir Zelenski və Vladimir Putin arasında görüş təklifinin qüvvədə olduğunu bildirib.

Ukraynalıların ölkənin ərazi bütövlüyünü qorumağa davam edəcəklərini vurğulayan Dimitri Kuleba, eyni zamanda Rusiyanın güc baxımından üstün olduğunu və Qərbin verdiyi silahlarla hətta Donbas cəbhəsində vəziyyəti sabitləşdirməyin mümkün olmadığını etiraf edib.

Əvvəlki məqalə

Şuşada ilk yaşayış binalarını hansı şirkət tikəcək?

Sonrakı məqalə

“Rusiya ilə münasibətlər yüksək səviyyədədir”