“Rusiya ilə sərhəddə Vladislav Pozdnyakov adlı şəxs saxlanılmayıb” –DSX-dan AÇIQLAMA

Rusiya vətəndaşı Vladislav Pozdnyakovun Azərbaycan-Rusiya dövlət sərhədində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılması barədə məlumatlar əsassızdır.

Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, Azərbaycan-Rusiya dövlət sərhədində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Vladislav Pozdnyakov adlı şəxs saxlanılmayıb.

Qeyd edək ki, bu gün Rusiyanın bəzi mətbuat orqanlarında bu ölkədə qeydiyyatdan keçməmiş “Kişi dövləti” millətçi hərəkatının lideri Vladislav Pozdnyakovun Rusiya-Azərbaycan sərhədində saxlanması barədə məlumat yayıb.

V. Pozdnyakovun Telegram kanalının administratorlarından biri bildirib ki, liderləri Azərbaycan sərhədini keçərkən saxlanılıb.

Məlumatda bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional Sərhəd İdarəsinin mətbuat xidmətindən V. Pozdnyakovun Dağıstan sərhədçiləri tərəfindən saxlanılmadığı deyilib.

Mətbuat xidmətindən əlavə ediblər ki, ola bilsin, V. Pozdnyakov Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbiçisi Cəmil Babayevlə görüşüb

Sonrakı məqalə

Vüqar Səfərlinin məhkəməsi sentyabrın 17-nə keçirilib