Rusiya ilk dəfə silah ixracında geriləyib- Beynəlxalq HESABAT

Rusiya ilk dəfə silah ixracında dünyada üçüncü yerə düşüb.

Azpost.info xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ekspertləri bildiriblər ki, Rusiya artıq dünyada ikinci ən böyük silah satıcısı deyil.

Onların fikrincə, ölkə öz göstəricilərini aşağı salıb və Fransanın onu ötməsinə şərait yaradıb.

İnstitutun silah bazarına dair hesabatına görə, ilk 3 lider arasında birinci yeri hələ də ABŞ tutur.

SIPRI analitikləri iddia edirlər ki, Vaşinqton bazar payını 34 faizdən 42 faizə çatdıra bilib və 107 ölkəni silahla təmin edir.

SIPRI silah transferi proqramının direktoru Metyu Corc bildirib ki, Birləşmiş Ştatlar əvvəlkindən daha çox ölkəyə daha çox silah ixrac edərək silah təchizatçısı kimi qlobal rolunu gücləndirib və bu, onun xarici siyasətinin mühüm aspektidir.

Azpost.info

Əvvəlki məqalə

Bakıda avtoparklarla bağlı yeni sistem tətbiq ediləcək

Sonrakı məqalə

Qazaxıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib