Rusiya indiyə kimi Qarabağa 200 tondan çox humanitar yardım göndərib

23 Fevral 2021 - 11:41

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağa növbəti humanitar yardım karvanını göndərib.

 “Sputnik Armenia”nın verdiyi xəbərə görə, Rusiya FHN-in humanitar yardım karvanı bu gün İrəvan yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzindən Xankəndiyə yola düşüb.

Rusiya FHN-in əməkdaşı Yevgeni Qorelov jurnalistlərə açıqlamasında bildirib ki, humanitar yardım tikinti materiallarından ibarətdir: “6 yük avtomobili və onları müşayiət edən 2 avtomobil Xankəndinə çatacaq. Humanitar yardım silahlı münaqişədən əziyyət çəkən vətəndaşlar üçün nəzərdə tutulub”. Qorelov qeyd edib ki, hərbi əməliyyatlar başa çatandan indiyə kimi Qarabağa 200 tondan çox humanitar yardım göndərilib.