Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın KTMT Nazirlər Şurasının iclasında iştirak etməməsinə münasibət bildirib.
Azpost.info-nun məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti -yə bildirib. Onun sözlərinə görə, Moskva gözləyir ki, İrəvan KTMT platformasının regional təhlükəsizliyin təmin edilməsi məsələlərində əməkdaşlıq üçün hər cür imkanlar yaratdığını anlayacaq.
“Biz erməni tərəfdaşlarımızla müttəfiq olaraq qalırıq. Gözləyirik ki, Ermənistan regional təhlükəsizliyin təmin edilməsinin ən effektiv metodunun regional dövlətlər arasında əməkdaşlıq olduğunu və KTMT platforması bunun üçün hər cür imkan yaratdığını anlayacaq”, – Qaluzin bildirib.
KTMT Nazirlər Şurasının iclası iyunun 21-də Almatıda keçiriləcək.