“Rusiya İsrailin istənilən hökuməti ilə əməkdaşlığa hazırdır”- Lavrovun müavini

“Rusiya İsraillə münasibətlərin inkişafına nikbin baxır və bu ölkənin seçkilərdən sonra formalaşacaq istənilən hökuməti ilə əməkdaşlığa hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

“İsrail xalqı kimi seçirsə, çoxluğa o sahib olacaq və hökumətə başçılıq edəcək… Amma ciddi dəyişikliklərin olacağını düşünmürəm. Aşkar favoritlər yoxdur… Bu vəziyyət bu seçkilərdən sonra da davam edə bilər. Lakin Rusiya bütün tərəfdaşları ilə münasibətlərdə həmişə nikbindir”, – Boqdanov deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirmişdi ki, Qərbi Qüdsün hüquqi statusu ilə bağlı bəyanatlar fonunda Moskva Fələstin-İsrail dialoqunu bərpa etməyə çağırır.

Azpost.info

Əvvəlki məqalə

Noyabr ayı üçün hava proqnozu

Sonrakı məqalə

Avtomobil təkəri istehsal edən məşhur şirkət Rusiyanı tərk edir