Avtomobil təkəri istehsal edən məşhur şirkət Rusiyanı tərk edir

Yaponiyanın avtomobil təkəri istehsal edən məşhur Bridgestone şirkəti Rusiyanı tərk edir.

Azpost.info bildirir ki, şirkətin yaydığı açıqlamada bildirir ki, Rusiyadakı aktivlərini satmaq üçün müştəri axtarır.

Şirkətin Rusiyada işini bağlaması bir neçə aya başa gələcək.

Bridgestone Rusiya bazarında 1998-ci ildən çalışır. Onun Ulyanovskdakı zavodunda min nəfər işçi var. Ukrayna ilə müharibə başlandıqdan sonra şirkət Rusiyaya yeni investisiyarını dondurduğunu bəyan etmişdi.

Bridgestone-nun Rusiyada istehsal gücü ildə 2,4 milyon təkər olub.

 

Əvvəlki məqalə

“Rusiya İsrailin istənilən hökuməti ilə əməkdaşlığa hazırdır”

Sonrakı məqalə

“Bu münaqişəyə son qoymalıyıq!”