Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Rusiya KİV-lərində Azərbaycana kəskin hücumlar özünü açıq büruzə verir” –

User 21 İyul 2023 - 15:35 (Last updated: 21 May 2025 - 20:15)
ziyafet02

Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması heç bir halda başa düşülən deyil, Rusiya ilə Azərbaycan arasında mövcud münasibətlərə və bu münasibətləri tənzimləyən müqavilələrə xələl gətirir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərovun sözlərinə görə, 22 fevral 2022-ci tarixli Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni xatırlatmaq kifayətdir ki, hər şey aydın olsun: “Həmin Bəyannamədə hər iki dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, eyni zamanda, bir-birlərinin daxili işlərinə qarışmaması xüsusi vurğulanıb. Hesab edirəm ki, Pyotr Tolstoy bu Bəyannaməni təsdiq edən Rusiya Prezidenti Vladimir Putinin imzasına hörmətlə yanaşmalıdır.

İkincisi, Azərbaycan 30 ildən artıqdır ki, müstəqil dövlətdir, müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan heç kimdən asılı deyil. Azərbaycan Rusiya ilə münasibətlərdə beynəlxalq hüququn bərabər subyektliliyi prinsipinə əsaslanır”.

Parlamentin komitə sədri Azərbaycanın müstəqilliyinin əbədi olduğunu vurğulayıb: “Təəssüf ki, Rusiyada Azərbaycanla əlaqələrə kölgə salan Zatulin, Milonov kimilərinin sayı yüksələn xətt üzrə irəliləyir ki, bu hal, o cümlədən də Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması dövlətlərarası münasibətlərə xələl gətirir.

Eyni zamanda, son zamanlar Rusiya mediasında da anti-Azərbaycan abu-havası artır, ölkəmizin ünvanına kəskin hücumlar özünü açıq büruzə verir. 44 günlük Vətən müharibəsi bir daha Azərbaycanın hansı gücə malik olduğunu göstərdi. Rusiyanın belə rəsmi şəxsləri bunları nəzərə almalıdırlar. “Dağlıq Qarabağ” və “Stepanakert” kimi anlayışlar isə artıq tarixin arxivinə qovuşub. Pyotr Tolstoy “bəlkə də qaytardılar” arzusu ilə yaşayırsa, bilməlidir ki, qatar artıq çoxdan gedib və bununla razılaşmalıdır. Hamı bilməlidir ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivəsində tənzimləməlidir və tənzimləyir. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla, bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu, zəruri prosesdir və bu prosesə maneçilik törədilməsi cəhdləri iflasa məhkumdur”.

Post navigation

Previous: “Qubadlı azad edildikdən sonra Həcərin qəbrini tapdıq” –
Next: Prezident Şuşa Qlobal Media Forumunda çıxış edir –

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.