Rusiya Kiyev vilayətində ABŞ və Almaniyanın anbarlarını vurdu

Rusiya ordusu Kiyev vilayətinə növbəti hava hücumu həyata keçirib. Yerli KİV-in məlumatına görə, Buça yaxınlığında yerləşən anbar və logistika obyektlərinə zərbələr endirilib. Nəticədə mülki infrastrukturda genişmiqyaslı dağıntılar baş verib.

Məlumata əsasən, zərbə nəticəsində ABŞ şirkətlərindən birinə məxsus anbar da zədələnib.

Bundan əlavə, Rusiya hücumu zamanı paytaxt Kiyevin ətrafındakı Svyatopetrivske və Bilohorodka yaşayış məntəqələrinin sərhədində yerləşən iri ərzaq anbarına da mərmi düşüb. Həmin anbarda kafe, restoran və hotellərə məhsul tədarük edən ən azı üç iri təchizatçının malları saxlanılırdı.

İlkin məlumata görə, zərər çəkən şirkətlər arasında Almaniyanın METRO Cash & Carry ticarət şəbəkəsi də var.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.