Facebook və Instagram-da qlobal problem –Meta istifadəçilərə xəbərdarlıq etdi

Dünyanın ən böyük sosial media platformaları olan FacebookInstagram-ın işində qlobal texniki nasazlıq yaranıb. Dünyanın müxtəlif ölkələrində minlərlə istifadəçi hesablarına daxil olmaq, xəbər lentini yeniləmək və mesaj göndərməkdə çətinlik çəkdiyini bildirir.

Azpost.info xəbər verir ki, istifadəçilərin sözlərinə görə, platformalara giriş zamanı ekranda “Hesab hazırda əlçatan deyil” xəbərdarlığı görünür. Bəzi istifadəçilər hesablarına daxil ola bilsələr də, xəbər lentinin yenilənmədiyini və mesajlaşma funksiyasının işləmədiyini qeyd edirlər.

Meta şirkətinin istifadəçilərə göstərdiyi sistem bildirişində problemin texniki nasazlıqdan qaynaqlandığı bildirilib:

“Saytdakı problem səbəbindən hesabınız hazırda əlçatan deyil. Ümid edirik ki, bu problem tezliklə həll olunacaq. Zəhmət olmasa, bir neçə dəqiqədən sonra yenidən cəhd edin.”

Real vaxt rejimində internet xidmətlərində yaranan nasazlıqları izləyən Downdetector platformasının məlumatına görə, problem təkcə müəyyən regionu əhatə etmir. ABŞ, Avropa və digər ölkələrdən minlərlə istifadəçi Facebook və Instagram xidmətlərində yaranan nasazlıq barədə məlumat verib.

Azpost.info bildirir ki, hazırda Meta şirkəti texniki problemin səbəbi və platformaların tam fəaliyyətinin nə vaxt bərpa olunacağı ilə bağlı əlavə rəsmi açıqlama verməyib.

Bu, son aylarda Meta platformalarında qeydə alınan ən genişmiqyaslı texniki problemlərdən biri hesab olunur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.