Rusiya Mərkəzi Bankının Direktorlar Şurası bu gün keçirilən iclasda uçot faiz dərəcəsini 5,5%-dən 4,5%-ə endirilməsi ilə bağlı qərar qəbul edib.
“APA-Economics” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.
Bu, uçot dərəcəsinin 2013-cü ilin sentyabr ayının 13-dən bəri (Rusiya Mərkəzi Bankı məhz bu tarixdə pul siyasətinin əsas göstəricisi olaraq uçot dərəcəsinin tətbiqinə başlayıb) ən aşağı səviyyəsidir.
Qeyd edək ki, bundan öncə, cari ilin aprelin 24-də Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 6%-dən 5,5%-ə endirmişdi.
Qeyd edək ki, bundan öncə, cari ilin aprelin 24-də Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 6%-dən 5,5%-ə endirmişdi.