“Rusiya NATO-ya üzvlük təklifimizdən imtina etdi” –ABŞ dövlət katibi

“1990-cı illərdə ABŞ Rusiyaya NATO-ya üzv olmağı təklif etsə də, o, bundan imtina edib”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. “1990-cı illərdə bu barədə həqiqətən danışırdılar. Ruslar qərara gəldilər ki, bu, onların etmək istədikləri şey deyil”, – Blinken bildirib. O xatırladıb ki, müdafiə alyansının mahiyyəti Rusiyaya və ya hər hansı başqa ölkəyə hücum deyil: “NATO müdafiə ittifaqıdır. Ölkələr bir araya gəlir ki, onlardan birinə hücum olarsa, hamı gəlib onu müdafiə etsin. NATO Rusiyaya hücum etməyəcək. Belə bir fikri yoxdur”.

 

Azpost.info

Əvvəlki məqalə

Füzuli Peşə Liseyi tikiləcək

Sonrakı məqalə

Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb –