“Rusiyanın səyləri ilə mümkün oldu”- Lavrov taxıl sazişini şərh edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İstanbulda Ukraynadan taxıl ixracına dair sazişin imzalanmasına münasibət bildirib.

Azpost.info xəbər verir ki, Lavrov sazişin bağlanmasında Rusiya tərəfinin rolunu yüksək qiymətləndirib.

“Nəticədə, məhz Rusiya nümayəndə heyətinin səyləri ilə “paket” sazişinin hərtərəfli xarakterini saxlamaq və bununla da ərzaq idxal edən ölkələrə doğru maksimum hərəkəti təmin etmək mümkün oldu”, – nazir deyib.

Lavrov əlavə edib ki, Moskva bundan sonra da bu sahədə öz öhdəliklərinə sadiq qalacaq.

Azpost.info

 

Əvvəlki məqalə

“İyirmi iki milyon ton taxılın ixracını alqışlayırıq”

Sonrakı məqalə

Şəhid jurnalistlərin ailələri ziyarət olunub