Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

Rusiya hökuməti oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər.

“Sputnik-Uzbekistan” agentliyinin verdiyi məlumata görə, bu barədə məlumatlı mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, Rusiya hakimiyyəti oktyabrda MDB ölkələrinin paytaxtları ilə hava nəqliyyatının bərpasını mümkün hesab edir. İlk növbədə Nur-Sultan, Daşkənd, Bakı və İrəvanla hava nəqliyyatının bərpa olunması nəzərdə tutulur.

Qeyd edək ki, koronavirus pandemiyasına görə bu ilin martın 18-dən Rusiya MDB ölkələri ilə sərhədini bağlayıb, bütün müntəzəm və çarter reysləri dayandırılıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azəri-Çıraq-Günəşli” yataqlarından indiyə qədər 516 milyon ton neft hasil edilib –

Sonrakı məqalə

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib