Rusiya ordusunun daha bir generalı Ukraynada öldürülüb.
Məlumata görə, bu gün Artemovsk-Lısiçansk şosesi yaxınlığında gedən döyüşlər zamanı Rusiya ordusunun general-mayoru Roman Kutuzov öldürülüb.
Məlumatı “InformNapalm” layihəsi də təsdiqləyib.
Qeyd edilir ki, təbliğatçılar da həmçinin Ukraynaya qarşı müharibədə daha bir rus generalının həlak olması barədə məlumat yayıblar. Söhbət Artemovsk-Lısiçansk magistral yolu istiqamətində həlak olan general-mayor R.Kutuzovdan gedir.
Generalın ölüm şəraiti açıqlanmır, lakin onun “dünyadan əsgər kimi, döyüşçü kimi getdiyi” qeyd edilir.