Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb.

Məlumat İdarəni rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

“Samux şəhər 3 nömrəli tam orta məktəbin 16 şagird və 4 müəllimindən ibarət heyətini daşıyan avtobus bu gün Şəki şəhərində qəzaya uğrayıb. Avtobusda olan müəllim və şagirdlər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Şagirdlərdən birinin isə xəstəxanada müalicəsi davam etdirilir.

Qəza nəticəsində xəsarət almış şagird və müəllimlərə Allahdan şəfa diləyirik” – deyə məlumatda bildirilir.

Əvvəlki məqalə

Belarus üzərində qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik-

Sonrakı məqalə

Rusiya ordusunun daha bir generalı Ukraynada öldürülüb