Rusiya ordusunun Krım yaxınlığındakı toplaşma məntəqəsi məhv edilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 5-də Rusiya qoşunlarının Xerson vilayətinin Qavrilovkada yerləşdirmə məntəqəsinin dağıdıldığını təsdiqləyib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

“100-ə qədər yaralı hərbçi yerli xəstəxanalara çatdırılıb. Məhv edilmiş rus hərbçiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – Baş Qərargah vurğulayıb.

Bundan əlavə, gün ərzində Ukrayna aviasiyası Rusiya qoşunlarının cəmləşdiyi əraziyə zərbələr endirib.

Əvvəlki məqalə

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Sonrakı məqalə

Putin Milad bayramını Kremldəki kilsədə tək qeyd edib