“Rusiya öz xalqını, mədəniyyətini və dəyərlərini qorumaq üçün Ukraynada hərbi əməliyyat keçirir”.
Azpost.info xəbər verir ki, bunu “Valday” Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, sivilizasiyaya xəyanət xaosa səbəb ola bilər: “Təbii ki, öz sivilizasiyanı heç kim sata bilməzsən. Bu həm də ümumi xaosa aparan yoldur. Bu, qeyri-təbii və iyrəncdir. Biz öz tərəfimizdən hər zaman hər kəsin maraqlarını nəzərə alan həllər təklif etməyə çalışmışıq və çalışırıq”.
Eyni zamanda, o, Ukraynanın hansı mədəniyyəti qoruduğunu bilmədiyini etiraf edib.
Azpost.info