“Rusiya öz tarixinin çətin dövründədir, parçalamağa çalışırlar” –PUTİN

“Rusiya öz tarixinin çətin dövründədir, SSRİ-nin dağılmasından sonra ölkəni parçalamağa  cəhd ediblər”.

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında bildirib.

“Rusiya tarixinin çətin dövründədir. Bu hamıya aydındır.  SSRİ-nin dağılmasından sonra bizim geosiyasi bədxahlarımız qarşılarına tarixi Rusiyadan qalanları yəni onun özəyini dağıtmağı başa çatdırmağı qarşılarına məqsəd qoyublar. Onlar qalan hər şeyi öz geosiyasi maraqlarına tabe etmək istəyirlər”, – Putin bildirib.

Onun sözlərinə görə, bu barədə həm FSB-nin keçmiş direktoru, həm də Təhlükəsizlik Şurasının katibi əminliklə danışır.

Əvvəlki məqalə

“Neftçi” üzərində qələbələr bizə motivasiya verir” –

Sonrakı məqalə

“Diplomatik obyektə hücumu dəstəkləmirik” –