“Diplomatik obyektə hücumu dəstəkləmirik” –ABŞ hucumdan sonra İranla əlaqə saxlayıb

“ABŞ İsrailin Dəməşqdəki İran diplomatik obyektinə hücumundan sonra İranla əlaqə saxlayıb”.

Azpost.info bildirir ki, bu sözləri Pentaqonun sözçüsü Sabrina Sinqh brifinqdə deyib.

“Biz özəl kanallar vasitəsilə İrana açıq şəkildə bildirdik ki, Dəməşqə vurulan zərbəyə görə məsuliyyət daşımırıq”, – Sinq bildirib.

O əlavə edib ki, ABŞ bir neçə yüksək səviyyəli SEPAH liderinin hücumda öldürüldüyünə inanır, lakin ABŞ onların şəxsiyyətini müstəqil şəkildə təsdiq edə bilmir.

“İsraillilər Dəməşqdəki zərbələri və ya hədəfləri barədə bizə məlumat verməyib” – deyə Sinqh vurğulayıb.

Bununla belə, ABŞ və İsrail rəsmiləri hücumdan sonra müxtəlif səviyyələrdə qarşılıqlı əlaqədə olublar. Sinqh bildirib ki, bu, ABŞ-ın zərbəsi olmadığı üçün Pentaqon hansı hədəfin vurulduğunu bilmir: “Biz diplomatik obyektlərə hücumları dəstəkləmirik”.

Əvvəlki məqalə

“Rusiya öz tarixinin çətin dövründədir, parçalamağa çalışırlar” –

Sonrakı məqalə

Ermənistan millisinin keçmiş qapıçısı Rusiyada polisi və sürücünü öldürüb