Rusiya prezidenti Vladimir Putin Rusiyanın Mərkəzi (Moskva da daxil olmaqla) və Cənub federal dairələrində yüksək hazırlıq rejiminin tətbiqi haqqında fərman imzalayıb.
Azpost.info xəbər verir ki, sənədin mətni Kremlin saytında dərc olunub.
Fərmana əsasən, yüksək hazırlıq rejimi mülki müdafiə üzrə müəyyən tədbirlərlə bağlı qərarlar qəbul etmək səlahiyyətinin rəhbər şəxslər tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə həmçinin Rusiya Silahlı Qüvvələrinin və hərbi birləşmələrin ehtiyaclarının ödənilməsi zərurətindən də bəhs edilir.
Bundan başqa, rayonlarda icra hakimiyyətləri ictimai asayişin, dövlət və xüsusi təyinatlı obyektlərin, insanların həyatı və sağlamlığı üçün təhlükə daşıyan obyektlərin mühafizəsinin gücləndirilməsi üçün tədbirlər görməlidirlər. Sənəd nəqliyyatın hərəkətinin məhdudlaşdırılması və yoxlanışının təşkilini də nəzərdə tutur.
Azpost.info