“Rusiya Qərb ölkələri ilə diplomatik münasibətlərin səviyyəsini aşağı sala bilər”- KREML

ABŞ və müttəfiqlərinin Ukraynadakı müharibəyə daha dərindən qarışması səbəbindən Rusiya Qərb ölkələri ilə diplomatik münasibətlərin səviyyəsini aşağı sala bilər.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Ukrayna münaqişəsində kollektiv Qərb ölkələrinin və ABŞ-ın iştirakı artdıqca, təbii ki, Rusiya Ukrayna böhranına bu cür düşmən müdaxiləsinə cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirməyə bilməz”, – Peskov deyib.

Onun sözlərinə görə, Qərb dövlətləri açıq şəkildə bəyan ediblər ki, onların əsas vəzifəsi Rusiyanın döyüş meydanında strateji məğlubiyyətini təmin etməkdir. Bu da Moskvanı cavab olaraq müxtəlif variantları hesablamağa vadar edir.

Azpost.info

Əvvəlki məqalə

Qazaxıstan və Çin 629 milyon dollarlıq saziş paketi imzalayıb

Sonrakı məqalə

Xalq artisti Arif Quliyevin həyat yoldaşı vəfat edib