“Rusiya Ukraynada qalib gəlsə, avropalılar da uduzacaqlar”- Borrel

“Avropalılar Ukraynadakı silahlı münaqişənin uzanacağına hazır olmalıdırlar”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “El Pais” qəzetinə müsahibəsində deyib.

“Bütün müharibələr danışıqlarla bitir. Bizim Ukraynaya hərbi yardım göstərməyimiz o demək deyil ki, biz danışıqlar üçün mümkün olan hər şeyi etmirik”, – Borrel bildirib.

O qeyd edib ki, avropalılar siyasi həll yolları axtarışında uzun sürən münaqişə ilə üzləşməyə hazır olmalıdırlar: “Biz öz vətəndaşlarımıza başa salmalıyıq ki, Ukrayna kiminsə müharibəsi deyil. İctimaiyyət Ukrayna və Avropa İttifaqına dəstək üçün bunun əvəzini ödəməyə hazır olmalıdır. Biz müharibədəyik, bunlar pulsuz deyil. Lakin səyləri ədalətli şəkildə bölüşdürməyə çalışmalıyıq. Amma bir daha deyirəm – əsgərlərimiz orada ölməsə belə, bu müharibə bizə birbaşa toxunur”.

Borrelin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Ukrayna və qaz tədarükü ilə bağlı planlarını heç kim proqnozlaşdıra bilməz, ona görə də ən müdrik iş ən pisə hazırlaşmaqdır:  “Əgər Rusiya Ukrayna ilə silahlı münaqişədə qalib kimi çıxsa, avropalılar da uduzacaq və daha böyük təhlükə ilə üzləşəcəklər”.

Azpost.info

Əvvəlki məqalə

“İran Qafqazda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək” –

Sonrakı məqalə

Gədəbəyə yeni icra başçısı təyin edildi –