Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Rusiya “qanuni oğru” “Şakro Molodoy”u məni öldürmək üçün azad edib” –

User 14 Mart 2024 - 19:30 (Last updated: 21 May 2025 - 20:15)
sakro molodoy

“Rusiya “qanuni oğru” “Şakro Molodoy”u Gürcüstanda seçkilərə müdaxilə etmək və mənimlə haqq-hesab çürütmək üçün azadlığa buraxıb”.

Azpost.info bildirir ki, bu sensasiyalı bəyanatla sabiq prezident Mixeil Saakaşvili çıxış edib.

Qeyd edək ki, ən nufuzlu kriminal avtoritetlərdən olan Şakro Kalaşov (“Şakro Molodoy”) həbs müddətinin bitməsinə 4 il qalmış azadlığa buraxılıb.

“Mən şübhə etmirəm ki, onu Gürcüstanda seçkilərə görə azad ediblər. Məni Gürcüstanda ədliyyə naziri təyin edəndə Kalaşov Dudu Dadiani vasitəsi ilə  30 min dollar qiyməti olan saat göndərmişdi. Mən hədiyyəni rədd etdim, Şakroya məsləhət gördüm ki, Gürcüstandan çıxıb getsin. Hərçənd, o heç qorxmurdu da. Çünki Şverdnadzenin daxili işlər naziri Kaxa Tarqamadze, təhlükəsizlik naziri Vaxtanq Kutateladze idi”.

Saakaşvili deib ki, o prezident olandan sonra Şakro Gürcüstana gəlməyə ehtiyat edib: “Onun Skenetidəki nəhəng sarayı müsadiə edildi. Bizim təqdim etdiyimiz materiallar əsasında İspaniya onu həbs elədi. Biz onun ekstadasiyası ilə bağlı proseduru hazırlamağa başladıq. Amma Rusiya dövrəyə girdi. Mənim məlumatıma görə, Şakro Rusiya İstintaq Komitəsinə 70 milyon dollar ödədi. Bundan sonra ruslar “iş tikdilər” və Gürcüstan vətəndaşı olan Kalaşov Rusyaya təhvil verildi. Tezliklə də azadlığa buraxıldı”.

Eks-prezident deyib ki, amma bir qədər sonra “Şakro molodoy” Rusiyada həbs olundu və 10 il azadlıqdan məhrum olundu. Amma 6 il “oturdu”. Saakaşvili yazıb ki, 2007-ci ildə “Şakro Molodoy”un rəhbəri, digər nufuzlu “qanuni oğru” Usoyan (“Ded Xasan”) İrəvana gəlib və oradan Gürcüstandakı iğtişaşları idarə edib.

“Ruslar artıq inanırlar ki, Gürcüstandakı seçkilərdə onları böyük sürprizlər gözləyir. Onlar Kalaşova gürcü kriminal dünyasını idarə etmək barədə tapşırıq veriblər. İstisna etmirəm ki, ona verilən tapşırıqlardan biri də həbsxana divarları arxasında mənmlə “haqq -hesabı çürütmək” olub”-deyə eks-prezident yazıb.

Azpost.info

 

Post navigation

Previous: Bakıda 61 yaşlı şəxs işə düzəltmək adı altında dələduzluğa görə saxlanılıb
Next: Gürcüstanın Baş naziri martın 16-da Bakıya gələcək

Oxşar xəbərlər

iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00

xƏBƏR

gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final görüşünə çıxıb. AZƏRTAC xəbər verir...
Read more about Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu
Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir? market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.