Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Qazaxıstanın Avropaya neft ixrac edən əsas terminalını bağlayıb

User 06 İyul 2022 - 13:04 (Last updated: 21 May 2025 - 20:15)
neft

Rusiyanın Novorossiysk şəhərinin Primorski rayon məhkəməsinin qərarı ilə Xəzər Boru Kəməri Konsorsiumu Rostransnadzor tərəfindən müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün dəniz terminalının fəaliyyətini 30 gün müddətinə dayandıracaq.

Xəzər Boru Kəməri Konsorsiumunun təhlükəli istehsalat obyektlərinin texniki vəziyyətinin və onların istismarı zamanı ekoloji tələblərə uyğunluğunun qiymətləndirilməsi məqsədilə mart ayında Baş nazirin müavini Viktoriya Abramçenkonun təşəbbüsü ilə keçirilən auditin nəticəsi olaraq Rostransnadzor bir sıra sənədli pozuntular aşkarlayıb.

İyunun 6-da aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün konsorsiuma əmr verilib, İnzibati Xətalar Məcəlləsinin 14.1.2-ci maddəsinin 4-cü hissəsi (lisenziyada nəzərdə tutulmuş şərtləri kobud şəkildə pozmaqla nəqliyyat sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmə) ilə inzibati xəta haqqında protokol tərtib edilib.

“Əmrin icra müddətinin 30 noyabr 2022-ci ildə başa çatacağına baxmayaraq, Rostransnadzor Krasnodar diyarının Novorossiysk şəhərinin Primorski rayon məhkəməsinə terminalın birbaşa olaraq fəaliyyətini 90 gün müddətinə dayandırmaq niyyəti ilə müraciət edib. 5 iyul tarixli məhkəmə iclasında terminalın fəaliyyətinin dayandırılmasına etiraz etmək üçün işə baxılmasının təxirə salınması ilə bağlı Xəzər Boru Kəməri Konsorsimunun vəsatətini məhkəmə təmin etməyib. Məhkəmənin qərarı Rostransnadzorun tələbləri qismən təmin edilib, Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyəti 30 gün müddətinə dayandırılıb”, – deyə konsorsiumun bəyanatında bildirilib.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin əsas ixrac marşrutudur və boru kəməri ilə nəql olunan neftin həcmininin 80%-dən çoxunu təşkil edir. Kəmərin gücü ildə 67 milyon ton neftdir.

Post navigation

Previous: Şeyxülislam Boris Consonun iqamətgahında tədbirə qatılıb – FOTO
Next: “Azad edilmiş ərazilərdə ermənilərin ibadəti üçün imkan yaradılıb” –

Oxşar xəbərlər

tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42

xƏBƏR

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində pilot yaşıllıq zonasının yaradılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Ekologiya və Təbii...
Read more about Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

User 23 Oktyabr 2026 - 12:58
2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.