Rusiya qazı Azərbaycan üzərindən Ermənistana veriləcək.
Azpost.info bildirir ki, bu barədə “Qazporm”un yaydığı məlumatda deyilir.
Bu “Şimali Qafqaz-Zaqafqaziya” qaz xəttində aparılan təmir işləri ilə bağlıdır. Bu kəmərlə Rusiya qazı Gürcüstan üzərindən Ermənistana nəql olunur.
“Boru xəttində aparılan planlı təmir işləri ilə bağlı rus qazı müvəqqəti olaraq Azərbaycan ərazisindən göndəriləcək. “Qazprom” və SOCAR martın 16-da rus qazının Azərbaycandan nəq olunması ilə bağlı qısamüddətli müqavilə imzalayıb“-deyə məlumatda bildirilir.
Təmir işləri 3 həftə davam edəcək. Bundan sonra qaz ənənəvi qaydada əvvəlki marşrutla Ermənistana göndəriləcək.