Rusiya qazı Azərbaycandan Ermənistana göndəriləcək –"Qazprom" və SOCAR müqavilə imzaladı (DETALLAR)

Rusiya qazı Azərbaycan üzərindən Ermənistana veriləcək.

Azpost.info bildirir ki, bu barədə “Qazporm”un yaydığı məlumatda deyilir.

Bu “Şimali Qafqaz-Zaqafqaziya” qaz xəttində aparılan təmir işləri ilə bağlıdır. Bu kəmərlə Rusiya qazı Gürcüstan üzərindən Ermənistana nəql olunur.

“Boru xəttində aparılan planlı təmir işləri ilə bağlı rus qazı müvəqqəti olaraq Azərbaycan ərazisindən göndəriləcək. “Qazprom” və SOCAR martın 16-da rus qazının Azərbaycandan nəq olunması ilə bağlı qısamüddətli müqavilə imzalayıb“-deyə məlumatda bildirilir.

Təmir işləri 3 həftə davam edəcək. Bundan sonra qaz ənənəvi qaydada əvvəlki marşrutla Ermənistana  göndəriləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Prokurorluq general Rövşən Əkbərovun həbsi ilə bağlı rəsmi məlumat yaydı

Sonrakı məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində olub