Rusiya qazına niyə sanksiya tətbiq olunmur?- Avropa komissarı açıqladı

“Avropa İttifaqında bu məsələdə razılıq olmadığı üçün Rusiya qazı hələ də sanksiyalara məruz qalmayıb”.

Azpost.info xəbər verir ki, bunu Avropa komissarı Kadri Simson bildirib.

“Hər bir Aİ üzvü təklifi dəstəkləməlidir. Ona görə də Rusiya qazına qarşı hələ də sanksiyalar yoxdur”, – Simson deyib.

Onun sözlərinə görə, bu qərar təşkilatın hər bir üzvü tərəfindən dəstəklənməlidir və hazırda buna nail olmaq mümkün deyil. Bununla belə, o əlavə edib ki, bu cür məhdudiyyətlər onları təqdim edənlərə zərər verməməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.