Rusiya Qvardiyasına muzdlulardan ibarət ordu qurmaq icazəsi verildi

Federasiya Şurası Rusiya Qvardiyasına könüllü birləşmələri daxil etmək hüququ verən qanunu təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qvardiya onları səfərbərlik, hərbi vəziyyət, silahlı münaqişə şəraitində, o cümlədən terrora qarşı əməliyyat rejiminin tətbiqi zamanı tapşırıqların icrasına cəlb edə biləcək.

Vətəndaşların bu cür birləşmələrə qoşulma qaydası Rusiya Qvardiyasının rəhbərliyi tərəfindən müəyyən ediləcək.

Həmçinin, qurum özü könüllü birləşmələrin sayını müəyyən edəcək, onların iş qaydasını, qarşılaşdıqları vəzifələri və istifadə müddətlərini təyin edəcək. Rusiya Milli Qvardiyasının könüllüləri kimi qeydiyyatdan keçmək üçün ruslar müvafiq müqavilələr imzalamalıdırlar.

Azpost.info

 

Əvvəlki məqalə

Ukraynada həlak olan rus əsgərlərinin sayı açıqlandı

Sonrakı məqalə

Dekabrın 23-dən 25-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq