Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi məsələsi müzakirə edilib

17 İyun 2021 - 11:52

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

“Sputnik Armeniya”nın verdiyi məlumata görə, S. Şoyqu və V. Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı həm də Ermənistan-Azərbaycan sərhədinin Syünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsi müzakirə olunub.