Rusiya səfiri İran XİN-ə çağrılıb

Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb.

TASS-ın  verdiyi xəbərə görə, bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın Tehrandakı səfirliyinin binası fonunda səfir Caqaryanın Britaniya səfiri Saymon Şerklifflə birgə fotosuna İran ictimaiyyətinin reaksiyası ilə əlaqədar İranın Rusiyadakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, həmin foto Rusiyanın İrandakı səfirliyinin “Twitter” hesabında paylaşılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyədə böyük yanğınların hamısı söndürülüb” –

Sonrakı məqalə

Oğuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb