Rus qoşunları “Şahed” kamikadze dronları ilə Odessaya hücum edib.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda deyilir.
“Odessaya səkkiz dron hücumu olub, onlardan yeddisi vurulub. Pilotsuz təyyarələrdən biri isə doqquz mərtəbəli binaya düşüb. Evin giriş qapısının uçması nəticəsində 4 nəfər, o cümlədən 3-5 yaşlı uşaq həlak olub. Bir uşaq və hamilə qadın olmaqla 7 nəfər yaralanıb”, – məlumatda deyilir.
Dron hücumu nəticəsində dağıntılar altında qalanlar var, 6 nəfər itkin düşmüş hesab olunur.
Azpost.info