“Rusiya son beş ildə Ermənistanı bütün növ silahlarla təchiz edib” –Beynəlxalq Sülh Araşdırmaları İnstitutu hesabat açıqladı (RƏQƏMLƏR)

Son 5 ildə (2015–2019) Azərbaycan və Ermənistan idxal yolu ilə hərbi qabiliyyətlərini gücləndirib.

Azpost.info “AzeriDefence” hərbi jurnalına istinadən bildirir ki,  bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı yeni hesabatda bildirilib.

Qlobal silah bazarının analiz edildiyi hesabatda Azərbaycan və Ermənistanla bağlı məqamlar da yer alıb. SIPRI-nin məlumatına görə, 2015-2019-cu illərdə Ermənistanla Azərbaycan arasında yenidən silahlı qarşıdurmalar olub: “Hər iki ölkə idxal yolu ilə hərbi qabiliyyətlərini gücləndirir, o cümlədən bir-birinin ərazisindəki hədəflərə hücum edə biləcək raketlər əldə edir. Rusiya son beş ildə Ermənistanı demək olar ki, bütün növ silahlarla təchiz edib. Azərbaycanın silah idxalının 60%-i İsraildən, 31%-i Rusiyadan olub”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

 Tramp neftin ucuzlaşmasına sevinir:  

Sonrakı məqalə

“Türkiyə İŞİD-lə mübarizə aparan və şəhid verən yeganə NATO ölkəsidir” –