Rusiya sülhməramlılarının yeni komandanı kimdir? –DOSYE

Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin edilib. Bu, general-mayor Mixail Kosobokovdur.
Mixail Kosobokov 1999-cu ildə Ryazan Ali hava-desant məktəbini bitirib.
2015-2017-ci illədə Rusiyanın Abxaziyada yerləşən 7-ci hərbi bazasının komandiri olub.
2018-ci ildən Rusiyanın Cənub Hərbi Dairəsinin tabeliyində olan 58-ci ordunun komandan müavini olub. Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci hərbi baza 58-ci ordunun tərkibindədir.
2019-cu ildə Suriyadan qayıdan rus sülhməramlılarının bir qrupu qarşısında çıxış edən general Kosobokov deyib ki, sülhməramlıların Rusiyanın qorunmasında rolu mühümdür: “Siz sülhün qorunmasında və Vətənimizin müdafiəsinin güclənməsində misilisiz rol oynayırsınız”-deyə general bildirib.
Generalı tanıyanlar, onun keçmiş əsgərləri onun “əsl rus xarakterinə” malik komandir olduğunu qeyd edirlər.
Kosobokov Abxaziyada 7-ci hərbi bazanın komandanı olarkən Ukrayanda olan rus hərbçilərinin sursatla təchizatında iştirak edib.
Azpost.info
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yaqub Zurufçunun vəziyyəti çox ağırdır” –

Sonrakı məqalə

Fizika İnstitutunda qanunsuzluqlar aşkarlanıb-