“Rusiya təcavüzkardır, Makron mahiyyəti anlamayıb” –Çexiya XİN rəhbəri

Çexiyanın xarici işlər naziri Yan Lipavski Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı mövqeyini tənqid edib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, Fransa lideri Rusiyanın alçaldılmaması lazım olduğunu deyərkən problemin mahiyyətini anlamayıb. “Rusiya təcavüzkardır və biz onun alçaldılıb-alınmaması ilə bağlı hərəkət etməməliyik. Moskvanı Rusiyanın Qərbdə necə qəbul edildiyi maraqlandırmır”, – XİN rəhbəri deyib.

Qeyd edək ki, Emmanuel Makron son açıqlamalarının birində Rusiyanı alçaltmaq lazım olmadığını bildirib. O, sözlərini gələcəkdə ölkələrin Moskva ilə əməkdaşlıq etməli olacağı ilə izah edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanlı qızla futbolçu Kamerunda toy etdilər –

Sonrakı məqalə

Bakıda “Formula 1” ə görə bağlanmış bütün yollar sabahdan açılır