Rusiyanın müvafiq idarələri “Taliban” hərəkatının terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyünü öyrənir.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
XİN-dən qeyd ediblər ki, Ədliyyə Nazirliyi ilə birlikdə bu məsələ üzərində işləyirlər.
Bununla belə, “Taliban”la bağlı yekun qərar ölkə hökumətində qalır.
“Taliban” hərəkatından terror təşkilatı statusunun çıxarılmasına gəlincə, bu məsələ Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Ədliyyə Nazirliyi və Rusiyanın digər müvafiq idarələri tərəfindən araşdırılır. Yekun qərarı ölkənin ali siyasi rəhbərliyi verəcək”- məlumatda deyilir.
Azpost.info