“Rusiya taxılı dünya bazarlarına gecikmə ilə çıxır”- Ərdoğan Putinlə görüşəcəyini dedi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı rusiyalı həmkarı Vladimir Putinlə “taxıl sazişi” ilə bağlı danışıqlar aparacağını bildirib.

Azpost.info xəbər verir ki, sammit sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək.

Ərdoğanın sözlərinə görə, Rusiya taxılı dünya bazarlarına gecikmə ilə çıxır: “Bu problemi aradan qaldırmaq üçün cənab Putinlə geniş danışıqlara ehtiyac var. Bizim gözləntimiz ondan ibarətdir ki, Rusiya taxılının bazarlara çatdırılması mümkün qədər tez başlansın və ehtiyacı olan ölkələrə çatdırılsın”.

Azpost.info

Əvvəlki məqalə

Estoniya Rusiya vətəndaşlarının üzünə “qapını” bağlayır

Sonrakı məqalə

Bakıda narkotik satan və qanunsuz silah saxlayan 23 nəfər tutulub