Estoniya Rusiya vətəndaşlarının üzünə “qapını” bağlayır - Sentyabrın 19-dan

Estoniya sentyabrın 19-dan Rusiya vətəndaşları, o cümlədən üçüncü ölkələr tərəfindən verilmiş Şengen vizası olan ruslar üçün ölkəyə girişi bağlayacaq.

Azpost.info xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Urmas Reynsalu mətbuat konfransında məlumat verib.

“Sentyabrın 19-na keçən gecə hansı dövlətlərdən Şengen vizası almalarından asılı olmayaraq, Rusiya vətəndaşları üçün xarici sərhədləri keçməyə qadağa tətbiq ediləcək”, – nazir bildirib.

Reynsalu vurğulayıb ki, Baltikyanı regionun digər dövlətləri də bunu edəcək: “Litva, Latviya və Polşa da qadağa tətbiq edəcək”.

XİN rəhbəri qeyd edib ki, Rusiya vətəndaşlarına müraciətləri belədir: “Şengen vizası ilə Estoniyaya gəlməyin, burada xoş qarşılanmırsınız!”.

Onun sözlərinə görə, məhdudiyyətlər yalnız turistlərə şamil ediləcək. Bu tədbir yaxınları ilə görüşmək və digər humanitar səbəblərdən ölkəyə səfər etmək istəyənlərə təsir etməyəcək.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna və Britaniya müdafiə nazirləri görüşüb

Sonrakı məqalə

“Rusiya taxılı dünya bazarlarına gecikmə ilə çıxır”