“Rusiya-Türkiyə Birgə Mərkəzinin işindən məmnunuq” –Kremlin Ərdoğan və Putinin danışığı barədə açıqlaması

Kreml Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutmuş telefon danışığına dair məlumat yayıb.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarından irəli gələn razılaşmaların həyata keçirilməsini və regionun sosial-iqtisadi inkişafı naminə birgə səylərin koordinasiyasını müzakirə ediblər.

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işindən məmnunluq ifadə olunub.

Bundan başqa, Rusiya və Türkiyə liderləri koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər, iki ölkə arasında energetika sahəsində birgə böyük layihələrə toxunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Ağır Cinayətlər Məhkəməsi cadugərə 7 il həbs cəzası verib –

Sonrakı məqalə

Bakıda bir məktəb koronavirusa görə bağlandı