Rusiya, Türkiyə və Suriya XİN rəhbərlərinin Moskvada görüşü gözlənilir- Bu tarixdə

Rusiya, Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşü yanvarın 14-dən 16-dək Moskvada baş tuta bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Hürriyet” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Afrika turunda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəyə yanvarın 14-də qayıdacaq.

“Güman edilir ki, o, yanvarın 14-dən 16-na kimi Moskvaya gedə bilər”, – qəzet yazır.

O da ehtimal edilir ki, Çavuşoğlu Moskvaya yanvarın 17-də baş tutacaq Vaşinqton səfərindən sonra səfər edə bilər.

Danışıqlarda Suriyadakı vəziyyət, terror təşkilatlarına qarşı mübarizə, qaçqınların Türkiyəyə qaytarılması məsələləri müzakirə olunacaq.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvanda 29 yaşlı gənc ata-anasını bıçaqladı

Sonrakı məqalə

Son 3 gündə yıxılaraq travma alan 54 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib