Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Ukrayna müharibəsində gözlənilməz problemlə üzləşdi

User 23 İyul 2026 - 08:39 (Last updated: 23 İyul 2026 - 08:36)
rusiya ukraniya

Əvvəllər Rusiyanın üstünlüyü hesab edilən tükəndirmə müharibəsi strategiyası getdikcə Ukraynanın xeyrinə işləməyə başlayır.

Azpost.info bildirir ki, ABŞ hərbi tarixçisi Can Centile və politoloq Endryu Radin bu qənaətə The Hill nəşrində dərc olunan məqalələrində gəliblər.

Müəlliflər bildirirlər ki, genişmiqyaslı müharibənin başlanğıcında bir çox ekspert Rusiyanın daha böyük resurslara, iqtisadi imkanlara və əhali sayına malik olması səbəbindən uzunmüddətli qarşıdurmaya daha davamlı olacağını düşünürdü. Lakin onların fikrincə, hadisələrin gedişi Moskvanın gözlədiyi qədər əlverişli olmayıb.

Analitiklərin qənaətinə görə, Ukraynanın rəqibin hərbi və iqtisadi potensialını tədricən zəiflətməyə əsaslanan strategiyası artıq nəticə verməyə başlayıb. Məqalədə qeyd olunur ki, Rusiyanın dərinliklərində yerləşən, o cümlədən neft-qaz infrastrukturuna endirilən zərbələr ölkə iqtisadiyyatına əlavə təzyiq yaradır.

Məqalədə vurğulanır ki, tükəndirmə müharibəsi tarix boyu silahlı münaqişələrdə qələbə qazanmağın ən geniş yayılmış üsullarından biri olub. Müəlliflərin fikrincə, Ukrayna sürətli dönüş nöqtəsinə deyil, qarşı tərəfin döyüş imkanlarının mərhələli şəkildə zəiflədilməsinə üstünlük verir.

Bununla yanaşı, analitiklər hesab edirlər ki, bu strategiyanın yekun nəticəsi bir neçə əsas amildən asılı olacaq. Bunlara Ukraynanın uzaqmənzilli zərbələrin intensivliyini qoruyub saxlaya bilməsi, eləcə də Qərb müttəfiqlərinin hərbi və maliyyə dəstəyini davam etdirməsi daxildir.

Eyni zamanda müəlliflər bildirirlər ki, hazırda iqtisadi təzyiqin Rusiya rəhbərliyini mövqeyini dəyişməyə məcbur etdiyini söyləmək üçün kifayət qədər əsas yoxdur. Onların fikrincə, seçilmiş strategiyanın effektivliyini yalnız uzunmüddətli perspektivdə obyektiv qiymətləndirmək mümkün olacaq.

AzPost.az

Post navigation

Previous: Alimlər açıqladı:
Next: Süni intellekt suyun ən böyük sirrini açdı

Oxşar xəbərlər

buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39

xƏBƏR

leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
Oktyabrın 26-da Şamaxı rayonunun Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışı olub. Açılış mərasimində Heydər...
Read more about Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub
Ətdən imtina sağlam qocalmağa kömək edə bilər kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.